İsrail Hizbullahın yeni baş katibi Haşim Səfiəddini öldürmək məqsədi ilə Beyruta zərbələr endirib

İsrail Ordusu gecə saatlarında Beyrut hava limanı yaxınlığındakı qəsəbəyə 20-yə yaxın zərbə endirib, hədəf Hizbullahın baş katibi Nəsrullahın ehtimal olunan varisi Həşim Səfiəddin olub.

Bu barədə İsrail KİV mənbələrinə istinadən məlumat yayıb.

Həşim Səfiəddinin sağ qalıb-qalmadığı hələlik məlum deyil.

Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində hava hücumları nəticəsində ölkədə 37 nəfər ölüb, 151 nəfər yaralanıb.

 

Məlumatı APA yayıb.