Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ruslan İbrahimova qarşı təzyiqlər davam etdirilir.
Bu barədə mayon Ruslan İbrahimov Operativ.tv-yə məlumat verib.
O, açıqlamasında bildirib ki, bu gün günorta saatlarında özünü Vüqar Ələkbərov olaraq təqdim edən Dövlət Təhlükəsizlik Xidmətinin polkovnik-leytenant rütbəli zabiti Ruslan İbrahimovun Fövqəladə Hallar Nazirliyindəki otağına daxil olaraq təzyiq göstərməyə başlayıb.
"Mənə dedi ki, 2 il əvvəl səninlə danışmışdıq və xəbərdarlıq etmişdik ki, İslam dinindən uzaq durasan və İrana, İraqa ziyarətlərə getməyəsən. Amma sən hələ də öz bildiyini edirsən. Mən də onun etdiyinin qanunsuz olduğunu, dini inancın konstitusiya ilə qorunduğunu və buna heç kimin müdaxilə edə bilməyəcəyini söylədim. O mənə sonuncu dəfə xəbərdarlıq etdiklərini və belə davam edərsə nəticələrini görəcəyimi tərəfimə bildirdi", - deyə Ruslan İbrahimov diqqətə çatdırıb.
Ruslan İbrahimov baş verən qanunsuzluğun yol verilməz olduğunu və hüquqlarının pozulduğunu da saytımıza açıqlamasında qeyd edib.
DTX inanclı zabitə qarşı təzyiqlərini davam etdirir