Daha bir idmançımız mübarizəni dayandırdı

Azərbaycan boksçusu Murad Allahverdiyev “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final qarşılaşmasına çıxıb. Onun rəqibi Qazaxıstan təmsilçisi Nurbek Oralbay olub.

Rəqibinə məğlub olan boksçumuz mübarizəni dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.