Ayətullah Xamenei şəhid Haniyə üçün cənazə namazı qılıb

Sui-qəsd nəticəsində şəhid olan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün Tehranda ictimaiyyətin sıx iştirakı ilə dəfn mərasimi keçirilib.

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Tehranda qətlə yetirilməsi nəticəsində şəhid olan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün cənazə namazı qılıb.

Şəhid Haniyənin dəfn mərasimində natiq kimi iştirak edən İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf sionist rejim etdiklərinin əvəzini ağır ödəyəcəyini bildirib. O, sionist rejiminin törətdiyi bütün terror aktlarına səbəb Qəzza müharibəsində aldığı məğlubiyyətin olduğunu söyləyib.

Tehranda şəhid Haniyənin dəfn mərasimində İran xalqı İsrail və ABŞ əleyhinə şüarlar səsləndirib.

Digər tərəfdən, sionist İsrailin HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəyə qarşı törətdiyi terror aktını pisləmək üçün Tehran başda olmaqla İranın hər yerində etiraz nümayişi keçirilib və HƏMAS lideri Haniyə qarşı terror aktı pislənib.