Hizbullah: Məcdəl Şəmsdəki hücumla heç bir əlaqəmiz yoxdur

Livan Hizbullah Hərəkatı bəzi İsrail mediası və müxtəlif media platformalarının işğal altındakı Colan təpələrindəki Məcdəl Şəms qəsəbəsinin hədəf alındığına dair iddialarını qəti şəkildə rədd edib.

Hizbullah Colandakı raket hücumu ilə əlaqəsinin olmadığını açıqlayıb.

Sionist İsrailin işğalı altında olan Qolan təpəsindəki futbol meydançasına raket hücumu nəticəsində 12 nəfər həlak olub. Hücum nəticəsində 30 nəfərin yaralandığı və ölənlərin sayının arta biləcəyi bildirilib.