Rəsmi Tbilisi Avropa kursu xatirinə ölkənin dinc inkişafını qurban verməyəcək.
Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili danışıb.
“Avropaya inteqrasiyaya gəlincə, burada Gürcüstanla bağlı Avropa İttifaqının (Aİ) xarici siyasət istiqamətlərinə maksimal şəkildə yaxınlaşma gözləntisi və tələbi də var ki, bu da sanksiyaların tətbiqini, o cümlədən də Rusiyaya qarşı sanksiyaları tətbiqini də nəzərdə tutur. Biz buradan bəyan edirik ki, ölkəmizin dinc inkişaf kursunu Avropa kursumuza qurban verə bilmərik“, – deyə o qeyd edib.
Papuaşvili deyib ki, Gürcüstan heç bir şeyi nəzərə almadan Aİ üzvlüyünü istəmir.
Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi Aİ-yə dinc yolla daxil olmaq istəyir, lakin bunun digər – qısa yolları da var, o cümlədən də münaqişələr yolu ilə.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başladığı andan Gürcüstan anti-Rusiya sanksiyaları tətbiq etməyəcəyini bildirib, çünki belə bir addımın ölkənin özünə zərər vuracağı vurğulanır.
Bundan başqa, Gürcüstan rəhbərliyi dəfələrlə bəyan edib ki, Gürcüstanı Rusiyaya qarşı müharibəyə sürükləmək istəyən qüvvələr var.
Gürcüstan: Avropa kursu üçün sülhü qurban verməyəcəyik