Pezeşkiyan: İran qonşuları ilə münasibətləri gücləndirəcək
İran İslam Respublikasının yeni prezidenti dünya ictimaiyyətinə mesaj göndərib.
Məsud Pezeşkiyanın "Tehran Times" qəzeti üçün yazdığı məqalənin əsas tezisləri belədir:
- Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur;
- İran Ukraynada sülhə nail olmaq üçün təşəbbüsləri fəal şəkildə dəstəkləyəcək;
- İran İslam Respublikası Rusiya ilə, xüsusilə BRİKS, ŞƏT və Aİİ kimi təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verməyə davam edəcək;
- Çin və Rusiya “ağır vaxtlarda İranı ardıcıl dəstəkləyib”. Biz bu dostluğu dərindən qiymətləndiririk;
- ABŞ reallığı birdəfəlik qəbul etməlidir ki, İran İslam Respublikası təzyiqlərə baş əyməyəcək;
- İranın müdafiə doktrinasında nüvə silahı yoxdur, buna görə də Tehran ABŞ-ni öz siyasətini tənzimləməyə çağırır.
- Qonşu ərəb ölkələri Qəzzədə daimi atəşkəs üçün bütün siyasi rıçaqlardan istifadə etməlidirlər.
- İran Türkiyə, ərəb ölkələri və regional təşkilatlarla əməkdaşlığı səbirsizliklə gözləyir.
- İran tərəfi qonşuları ilə münasibətləri gücləndirəcək və heç kimin başqalarına hakim olmadığı “güclü region” yaradacaq.
İranın yeni prezidenti dünya ictimaiyyətinə mesaj göndərib