Ötən ilin iyulunda istismara verilən “Abşeron” qaz-kondensat yatağından ilkin hasilat sxemi mərhələsi üçün il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təqribən 580 min ton kondensat hasil edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X platformasında yazıb.
“Abşeron” yatağının mərhələli işlənməsi və illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrə çatdırılması planları ölkəmizin, eləcə də regional və Avropa tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfələrdir”, nazir qeyd edib.
Xatırladaq ki, ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarında 11,8 milyard kub metr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişlənidirildikdən sonra həcmlərin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır.
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz 2023-cü il iyul ayının əvvəlində hasil edilib. Yataqda ilkin qaz ehtiyatları 350-360 milyard kubmetr, kondensat 45 milyon ton qiymətləndirilir.
Əvvəlcə “Abşeron” layihəsində iştirak payı aşağıdakı kimi bölüşdürülüb: Total (operator, 50 faiz) və SOCAR (50 faiz). 4 avqust 2023-cü ildə Abu Dhabi National Oil Company yataqda 30 faiz, Total və SOCAR isə 35 faiz pay alıblar.
Azərbaycan Avropaya daha çox qaz satmaq üçün hasilatı artırır