Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanununa uyğun fəaliyyət göstərən Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişlər.
Başçəkmədə məqsəd məlumata görə 2019-cu il, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.
A.Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitidən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirmişdir.
Ombudsmanın nümayəndələri erməni hərbşisinə baş çəkib

Oxşar xəbərlər