Bakının bəzi rayonlarında qazın verilişi dayanacaq

Aprelin 19-da Bakının Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, bu gün saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
 
Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.