Netanyahu: İranla Qərbin nüvə sazişinin qarşısını almaq üçün əlimdən gələni edəcəyəm

İsrailin baş naziri Benyamin Netanyahu İranla Qərbin nüvə sazişinə imkan verməyəcəyini bildirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, hökumətini yeni formalaşdıran Benyamin Netanyahu bu barədə İsrail mətbuatına açıqlamasında deyib.

O, bu gün səhər bildirib ki, İranla Qərbin nüvə sazişinin baş tutmaması üçün əlindən gələni edəcək.

“İran daxilindəki bəzi hadisələrə baxmayaraq, nüvə sazişinin bərpası mümkünlüyü hələ də qalır”, deyə o buna mane olmaq üçün bütün imkanlarını sərf edəcəyini vurğulayıb.

O həmçinin bildirib ki, digər altı ərəb ölkəsi ilə münasibətləri normallaşdırmaqda israrlı və qərarlıdır.