Ukrayna Silahlı Qüvvələrinin (USQ) Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar” çağırış nişanı ilə tanınır) Azov dənizinin akvatoriyasında yerləşən gəmilərə zərbələr endirildiyini təsdiqləyib.
Bu barədə TASS agentliyi məlumat verib.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində göyərtəsində 25 Azərbaycan vətəndaşı olan iki yük gəmisinin pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını bildirmişdi. Hücum nəticəsində beş Azərbaycan vətəndaşının həlak olduğu qeyd edilmişdi.
Robert Brovdi özünün Telegram kanalında yaydığı məlumatda Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin Azov dənizinin şimal sahillərində yerləşən limanlarda olan yük gəmilərinə qarşı zərbələr həyata keçirdiyini bildirib.
Hadisəni şərh edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə Moskvanın Kiyevin mülki gəmilərə zərbələr endirmək taktikasından yaxşı xəbərdar olduğunu bəyan edib.
Ukrayna azərbaycanlıların həlak olduğu gəmilərə zərbələri təsdiqlədi