Martın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli qərarından verilən şikayət üzrə məhkəmə iclası keçirilib.
Məhkəmədə müdafiə vəkillərindən vəkil Şəhla Hümbətova hüquqlarını müdafiə etdiyi Zülfüqar Mikayılovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixdə çıxardığı hökmə 22 dekabrda dəyişiklik edilərək, onun cəzasını çəkmə rejiminin ağırlaşdırıldığını və həmin qərardan apellyasiya şikayəti verdiyini xatırladıb. Vəkil bildirib ki, şikayət bu işə əlavə olunmayıb və hələ də baxılmayıb. Məhkəmə belə qərara gəldi ki, həmin apellyasiya şikayəti artıq gəlib və o apellyasiya şikayətinə həm mahiyyəti üzrə işlə bağlı təqsirləndirilən şəxslərdən 12-nin də barəsində verilən apellyasiya şikayətinə bir yerdə baxılacaq. Daha sonra bir çox təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, işin məhkəmə istintaqının baxışının qismən təzələnməsi ilə bağlı olan vəsatətlər müzakirə olunub və təmin olunmaması barədə qərar verilib. Hakim S. Mirzəyev növbəti prosesin 12 mart saat 16:00-da davam edəcəyini elan edib.
Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər. 6 dekabr 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Zülfüqar Mikayılovun 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 12 il 3 ay, Eldar Bünyatov 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Mübariz İbrahimov 13 il, Cabir Əliyev 14 il, Ramil Seyfullayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
"Nardaran işi 3" : Zülfüqar Mikayılovun apellyasiya şikayətinə baxılacaq

Oxşar xəbərlər