Martın 28-də "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Elşad Şamayev sədrlik edib.
Rakurs TV-nin məlumatına görə, məhkəmədə müdafiə tərəfinin vəkilləri təqsirləndirilənlər barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onlar müdafiə etdikəri şəxslərin tamamilə təqsirsiz olduğunu bildiriblər.
Prosesdə təqsirləndirilənlər çıxış üçün söz istəsələr də, hakim icazə verməyib.
Prosesin sonunda hakim birinci məhkəmə instansiyasında çıxarılan hökmün qüvvədə qaldığını elan edib.
2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 28 dekabr 2017-ci il tarixində məhkəmənin hökmü ilə "Nardaran işi 2" üzrə təqsirləndirilən Elçin Qasımov və Ağəli Yəhyayev 15 il; Ramil Əliyev 14 il; Nahid Qəhrəmanov 13 il; Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradov 12,5 il; Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirəli Əliyev 12 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib.
"Nardaran işi 2" üzrə məhkəmə hökmü qüvvədə qaldı

Oxşar xəbərlər