Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.
Məhkəmə zərərçəkmişlərin ifadələri ilə davam edib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olan Mehman Teymurov bildirdi ki, 26 noyabr 2015-ci il tarixdə idarəyə Tale Bağırzadə adlı şəxsin Nardaranda ixtişaşlar yaratması, yığıncaqlarda dövlət əleyhinə fikirlər səsləndirməsi barədə məlumat daxil olduqdan sonra 15-ə yaxın əməkdaşla Nardarana gediblər. Digər zərərçəkən Firudin Mehdiyev idarəyə daxil olan məlumata əsasən Nardarana getdiklərini və Bünyadovun həyətində olan şəxslərin konkret olaraq hansı silahlardan istifadə etdiklərini xatırlamadıqlarını dedi. Mehdiyev qeyd edib ki, Ə. Bünyadovu evinin arxa tərəfində zərərsizləşdirib. Bünyadov şahidin söylədiklərinə etiraz edərək onun yalan danışdığını, tutularkən evinin qarşı hissəsində olduğunu bildirdi. Zərərçəkən Hikmət Əliyev həyətə daxil olarkən edilən xəbərdarlığa baxmayaraq həyətdə olan şəxslərin onlara və polis əməkdaşlarına atəş açdıqlarını, daha sonra hər iki tərəfdən yaralılarını xəstəxanaya çatdırdıqlarını deyib. Zərərçəkən İbrahim Kazımov isə ifadəsində Rasim Cəbrayılovu Ə. Bünyadovun həyətində zərərsizləşdirdiyini bildirib. Müslüm Tanrıverdiyev evə daxil olan kimi onlara atəş açıldığını və Şamil Abdullayevi özünün zərərsizləşdirdiyini, onun üzərində qumbara və bıçaq müsadirə etdiyini dedi. Şahlar Cəfərov isə evə hasardan daxil olduğunu deyərək, Cabbar Cabbarovu zərərsizləşdirdiyini ifadəsində bildirib.
Zərərçəkənlərin ifadəsindən sonra hakim Ə. Hacıyev növbəti prosesin 16 mart saat 14:00-da davam edəcəyini elan edib.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.
"Nardaran işi 4": "Sənin dediklərinin hamısı yalandır" - Video

Oxşar xəbərlər