Əmmar Həkim: İraq İran və sionist rejim arasındakı müharibədə bitərəf deyil

Milli Hikmət Hərəkatının Rəhbəri Əmmar Həkim Bağdadda bəzi iraqlı qəbilələrə müraciət edərək vurğulayıb ki, İraq İran və sionist rejim arasındakı müharibədə bitərəf deyil, əksinə, İran İslam Respublikasının yanındadır.

Seyid Əmmar Həkim müxtəlif siyasi, diplomatik, media və humanitar sahələrdə İran İslam Respublikasına verdiyi dəstəyi sadalayıb.

İraqın siyasi lideri qeyd edib ki, İranın sionist rejim qarşısında qələbəsi sevinc və xoşbəxtlik mənbəyidir.

O bildirib ki, İranın nüvə danışıqlarında göstərdiyi yüksək çevikliyə baxmayaraq, açıq təcavüzə məruz qalıb.