Təcili yardım avtomobili xarab oldu, xəstə küçədə qaldı - Video

Bu gün Mingəçevir şəhərində qəribə, eyni zamanda, səhiyyəmiz adına biabırçı olay baş verib. 
 
7news.az-a istinadən xəbər verilir ki, şəhərin mərkəzində Mingəçevir Mərkəzi Xəstəxanasına məxsus Təcili Tibbi Yardım avtomobili xarab olub və 45 dərəcəyə yaxın istidə xəstəni küçəyə endiriblər. Olduqca pis vəziyyətdə olan xəstə bir neçə dəqiqə şəhərin mərkəzi avtomobil yolunda, qızmar günün altında qalıb. Bu zaman xəstənin halı kritik həddə düşüb.
 
Yalnız ətrafdakıların müdaxiləsi nəticəsində xəstəni başqa avtomobillə aparmaq mümkün olub. İsti havada bu vəziyyətə düşən xəstənin sonrakı taleyi ilə bağlı məlumat almaq mümkün olmayıb. Ancaq videodan da görünür ki, vəziyyət o qədər də ürəkaçan deyil.
 
Yerli əhalinin verdiyi məlumata görə Mingəçevir Mərkəzi Xəstəxanasına dövlət tərəfindən milyonlarla vəsait ayrılsa da durum o qədər də ürəkaçan deyil. Məlumatda qeyd olunur ki, TəciliTibbiYardım avtomobilini sürən şəxsin, həkimlərin heç bir günahı yoxdur. Çünki Xəstətana vaxtı-vaxtında avtomobilləri texniki baxışdan keçirmək, yanacaq almaq üçün vəsait ayırmır. Daha doğrusu dövlət vəsait ayırır, sadəcə təyinatı üzrə deyil, şəxsi maraqlara xərclənir. Məhz buna görə Mingəçevirdə bu kimi biabırçı hallara tez-tez rast gəlmək mükündür.