Messidən karyerası ilə bağlı açıqlama

Argentina millisinin futbolçusu Lionel Messi karyerasını başa vurmağa yaxınlaşdığını deyib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, futbolçu bu müddətin elə də uzaq olmadığını deyib.

“Yaşıma görə karyeramın sonu o qədər də uzaqda deyil. Həmin anın nə vaxt gələcəyini dəqiq deyə bilmərəm. Mən sadəcə yaşayıram və anın həzzini alıram”, - deyə Messi bildirib.