MBH üzvülərinə qarşı həbslər davam edir: Samir Babayev də saxlanılıb

Son günlər Müsəlman Birliyi Hərəkatına qarşı aqressiv davranışlar durmadan artır. Noyabrın 23-dən bu günə qədər olan 10 gün ərzində hərəkatın üç üzvü oğurlanıb və barələrində 234.4.3- maddəsi ilə cinayət işləri açılıb. Bu məlumatı Operativtv.com hərəkat üzvüləri verib. Məlumata görə dünən (2 dekabr) hərəkat üzvü Samir Babayev yaşadığı Maştağa kəndindən, evlərinin qarşısından naməlum şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Onun barəsində bu ana qədər məlumat almaq mümkün olmasa da ailə və yaxınları S. Babayevin də həbs olunduğu qənaətindədirlər. DİN-in 102-xidməti Babayevlə bağlı hər hansı bir məlumata malik olmadığını söyləyirlər. Hərəkat üzvüləri isə bütün bunları siyasi təzyiq olaraq hərəkatın hədəfə alınması, onların susdurularaq qorxudulmasına hesablandığını iddia edirlər. Reallıq isə budur ki, noyabrın 23-ü Şahin Qədirli, dekabrın 1-i Nicat Əliyev və dekabrın 2-si isə Samir Babayev saxlanılıb. Qeyri-dəqiq məlumata görə hər üç hərəkat üzvünə CM-nin 234.4.3-maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, noyabrın 26-da Qobustan həbsxanasından 12 saylı CÇ müəssisəsinə köçürülən hərəkat sədri Tale Bağırzadə də psixoloji zor və mənəvi təcavüzə məruz qalmışdı. Buna etiraz olaraq T.Bağırzadə bu gün də davam edən aclıq aksiyasına başlayıb.