Müsəlman Birliyi Hərəkatının üzvü inanclı Mayıl Kərimov aclıq aksiyasına başlayıb. Ailəsinin verdiyi məlumata görə inanclı iyulun 19-da saxlanıldığı Kürdəxanı Təcridxanasında bu addımı atıb. Onun aclığa başlama səbəbini isə o, özü də daxil olmaqqla inanclıların qanunsuz həbsləri ilə əlaqələndirib. Gündəmdə inanclılara qarşı həbs və işgəncə faktlarının artdığını bildirən Mayıl Kərimov bütün bu qanunsuz aktların dayandırılması tələbi ilə aclığı davam etdirməkdədir.
Qeyd edək ki, Mayıl Kərimov islmafobiya, anti şiə, İsrailin anti Aşura layihəsi çərçivəsində genişlənən həbs dalğası zamanı fevralın 2-də saxlanılıb. İnanclıya 234.4.3-maddəsi (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə cinayət işi açılaraq barəsində həbsqəti imkan təbdiri seçilir.
İki gün öncə, iyulun 21-də isə inanclının 16-yaşlı yeniyetmə oğlu İmaməli Kərimov da əza məclisinə gəldiyi Hz Əbəlfəz məscidindən saxlanılaraq ona zor tətbiq edilmiş və ərazidəki 14-cü polis bölməsinə aparılmşdı.
Mayıl Kərimov aclıq aksiyasına başlayıb