İslam hədisçilik elminə aid olan terminlərdən biri də “imla” məfhumudur. Keçmişdə alimlər iri hədis məclisləri qurur, orada iştirak edənlər üçün hədis rəvayət edirdilər. Bu məclislərdə həm o alimin şagirdləri, həm də ondan hədis rəvayət etmək istəyən başqa alimlər iştirak edirdilər. Belə məclislərə imla məclisi deyilirdi.
İmla məclisinin təşkilatçısı öz rəvayət sənədi ilə hədisi söyləyir (diktə edir), məclisdə olanlar da onu yazıya alırdılar. Bu cür məclislərdə rəvayət edilən hədisləri kitab şəklində toplayıb adını “əmali” qoyurdular.
“Əmali” kitablarında hədislər diktə olunduğu tarixlər üzrə qruplaşdırılır. Bir məclisdə diktə edilən hədislərin eyni mövzuda olması şərt deyil, bu hədislər həm eyni, həm də fərqli mövzularda ola bilər. Məlum “Əmali” kitablarının sayı 30-dan artıqdır. Ən məşhur “Əmali” kitabları Şeyx Səduqa, Şeyx Müfidə, Seyyid Mürtəzaya və Şeyx Tusiyə məxsusdur. Bəzən bu kitabları “Məcalis” də adlandırırlar.
“Əmali” kitabları nə deməkdir?