“Liverpul” məğlub oldu

Yanvarın 2-də futbol üzrə İngiltrə Premyer Liqasında növbəti turunun bir oyunu keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, “Liverpul” klubu səfərdə “Brentford”la qarşılaşıb.

Oyunun favoriti “Liverpul” olsa da, Yürgen Kloppun yetirmələri ümidləri doğrultmayıb. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar. “Brentford”un qollarına Konate (öz qapısına), Vissa və Mbeumo imza atıblar. “Liverpul”un yeganəı qolunu isə Aleks Oksleyd Çemberleyn vurub.

Beləliklə, bu mövsüm 17 oyunda 5-ci məğlubiyyətini alan “Liverpul” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mersisaydlıların hesabında 28 xal var.