Livan İsrailə raketlə hücum etdi - Ölən və yaralanan var

Livandan İsrailin şimalına raket hücumları davam edir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu  barədə "Kan" radiosu məlumat yayıb. 

Bildirilir ki, Safed şəhərinə 10 hava zərbəsi endirilib. Atışma nəticəsində bir nəfər həlak olub. Daha 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır.

Xatırladaq ki, yanvar ayında İsrail Müdafiə Qüvvələri (IDF) Livan şəhərlərinə bir sıra hücumlar həyata keçirmişdi.