Linda Yakkario Tvitterin yeni baş direktoru olub

Linda Yakkario Twitter-in yeni baş icraçı direktoru olub. Bu barədə məlumatı Twitter-in sahibi və əvvəlki baş direktoru İlon Mask özünün tvitter səhifəsində paylaşıb.

Linda Yakkario NBCUniversal-ın (NBCUniversal Media, LLC Amerika media şirkətidir)qlobal reklam və tərəfdaşlıq şöbəsinin rəhbəri olub.

Mask bildirib ki, Iaccarino əsas diqqətini biznes əməliyyatlarına, o isə məhsul dizaynına və yeni texnologiyalara yönəldəcək.

"Bu platformanı X - Universal tətbiqinə çevirmək üçün Linda ilə işləməyi səbirsizliklə gözləyirik" deyə Musk yazıb.

60 yaşlı Linda Yakkario 12 ilə yaxın NBCUniversal-da işlədiyi müddət ərzində onun komandasının yüz milyard dollardan çox satış qazandığı bildirilir. NBCU-yə qoşulmazdan əvvəl o, Turner Entertainment-də işləyib, burada da reklam və marketinq sahəsində çalışıb. O, bir neçə dəfə öz sahəsində nüfuzlu qadınların müxtəlif siyahılarında olub.

Mütəxəssislər hesab edirlər ki, Linda Yakkario reklam verənlərin Tvitter-ə inamını bərpa etməyə kömək edə bilər və onun platformalararası reklam satışları təcrübəsi sosial şəbəkənin “daha mənalı media platformasına” çevrilməsində faydalı ola bilər.

Mask Twitter-i 2022-ci ilin oktyabrında 44 milyard dollara əldə edib. Dekabrda o, sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 57%-dən çoxu onun istefasına səs verib.

Daha sonra Mask "bu vəzifəyə razılaşacaq axmaq" tapan kimi vəzifəsini tərk edəcəyini yazıb.

Baş icraçı direktor təşkilatda ən yüksək vəzifədir və mövcud planların və siyasətlərin həyata keçirilməsinə, şirkətin maliyyə gücünün yaxşılaşdırılmasına, davam edən rəqəmsal biznes transformasiyasının dəstəklənməsinə və gələcək strategiyanın müəyyənləşdirilməsinə cavabdehdir.

Maskın sosial şəbəkədə islahatlar aparmaq cəhdləri qalmaqala çevrilib: işçilərin kütləvi şəkildə ixtisarı, ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabının blokdan çıxarılması və Rusiya hakimiyyət orqanlarının hesablarının axtarışına qayıtması.

İlk növbədə Tesla və SpaceX korporasiyalarının rəhbəri kimi məşhurlaşan milyarderin özü bu addımlarını söz azadlığını qorumaq istəyi ilə izah edib.

 
Azadlıq Radiosu