Krımın adını dəyişmək istəyirlər

Ukrayna hələ də Krımı geri qaytarmaq haqda düşünür. Rəsmi Kreml isə başqa fikirdədir. Krımın adının dəyişdirilməsi məsələsi ortaya atılıb.

Bizimyol.info xəbər verir ki, Krım yunanlarının milli-mədəni muxtariyyətinin rəhbəri İvan Şonus belə ideya ilə çıxış edib. O, Krım-Tavrida versiyasını səsləndirib. Təşəbbüsü respublika baş nazrinin müavini Georgi Muradov da bəyənib.

Şonus sonradan bildirib ki, qısa zamanda məsələnin həllini tapmayacağını bilir. Çünki tarixçilərlə məsləhətləşmə aparılmalı, xeyli sənəd hazırlanmalıdır. Təşəbbüs müəllifləri bu istiqamətdə işləyir.

Tavrida ifadəsi təsadüfi səsləndirilməyib. Krım Ötən əsrin 20-ci illərinə qədər belə adlanırdı. “Krım” ifadəsi 13-cü əsrdə ortaya çıxıb.