KİV: İsrail yaxın saatlarda İrana zərbə endirə bilər

İsrailin yaxın saatlarda İrana cavab zərbələri endirəcəyi iddia olunur.

Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Chanel 14” telekanalı amerikalı mənbələrinə istinadə məlumat yayıb.

“Bir sıra qeyri-hökumət təşkilatları Amerika mənbələrinin məlumatına görə, İsrailin yaxın vaxtda İrana hücum edə biləcəyi ilə bağlı xəbərdarlıq alıb”, - məlumatda deyilir.

İrandan İsrailə cavab olaraq ballistik raketlərin buraxılması ehtimalının da olduğu bildirilir.