Kazimeyn ziyarətgahında Bağdad Universitetinin məzun mərasimi keçirilib

İraqın Kazimeyn şəhərində İmam Museyi Kazim (ə) və İmam Məhəmməd Təqi Cavadın (ə) dəfn olduğu ziyarətgahında Bağdad Universitetinin qız tələbələrinin məzun mərasimi keçirilib. Mərasim son dövrlər ənənəvi hal alaraq ziyarətgahlarda buraxılış məzmunlu tədbir olaraq gerçəkləşdirilir. Burada təşkilatçıların hədəfi gənclərə elmlə yanaşı mənəvi və əxlaqi dəyərlərin aşılanması və onun insan həyatındakı əvəzsiz rolunu göstərməkdir.

Mərasimə qatılan gənclərin də təəssüratı bu istiqamətdə xüsusidir. Onların da inanc səbəbindən mənəviyyata yönəli gənclərin cəmiyyətə daha çox faydalı olması onların verdikləri müsahibələrdə əks olunub. 

Qeyd edək ki, Kazimeyn Bağdad yaxınlığında İmam Museyi Kazim (ə) və İmam Məhəmməd Təqi Cavadın (ə) dəfn olduğu ziyarətgahdır.