Nazirlər Kabinetinin ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsini 15%-dən 30%-ə qaldırmasından beş gün ötür. Qərardan sonra bazarda bu məhsulun qiymətinin bahalaşacağına dair proqnozlar özünü doğrultmamış qalır.
Mütəxəssislər yaxın gələcəkdə kartofun dəyərinin bahalaşmayacağını deyirlər. Buna səbəb kimi, məhsuldarlığın bol olması göstərilir. Qeyd edək ki, bu il ölkədə 743 min ton kartof istehsalı proqnozlaşdırılır. Kartofun əkin sahəsi 59 min hektara, məhsuldarlığı isə 15 tona çatıb.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat katibi Nicat Nəsirli Oxu.Az-a açıqlamasında bildirdi ki, kartof istehsalı həcminə görə, Gədəbəy liderlik (12 min ha) edir.
Sonrakı yerləri Tovuz (7 min ha), Şəmkir (6.50 ha) və Cəlilabad (5 min ha) tutur:
“Dövlət Statistika Komitəsi iddia edir ki, bu ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 59,3 min hektar kartof əkini sahəsinin 20,0 min hektarından (33,8%-indən) 304,3 min ton məhsul yığılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% çoxdur.
Nazirlər Kabinetinin 03 avqust 2018-ci il tarixli, 357 saylı qərarına əsasən, ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsinin 30%-ə qaldırılması iki aylıq müddətdə yerli məhsulun realizə olunmasını nəzərdə tutur.
Azərbaycan özünü kartof üzrə 85,5% təmin edir və rəqəmlər deməyə əsas verir ki, indiki vəziyyətdə daxili bazarda kartofun qiymətinin qaldırılmasına cəhdlər olarsa, bu, yalnız spekulyativ xarakter daşıyacaq, “psixoloji qiymət artımı” kimi qiymətləndirilməlidir”.
N.Nəsirli deyir ki, kartof idxal etdiyimiz ölkələrdəki vəziyyətin təhlili daxili tələbatın artdığı dövrdə (noyabr-aprel ayları) belə bahalaşmanın iqtisadi xarakter daşımayacağını deyir:
“Belə ki, kartof idxal etdiyimiz xarici ölkələrdə istehsal yüksək səviyyədədir və həmin ölkələrin özündə də kartof bahalaşmayıb. İl ərzində 160 min ton kartof idxal edirik və bu ölkə tələbatının cəmi 16%-ni təşkil edir.
Son illər İranın idxalda çəkisi artmaqdadır, bunun səbəbi coğrafi yaxınlıq və məhsulun ucuz başa gəlməsidir (0.30-0.33 qəp). İran Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2018-2019-cu təsərrüfat ilində 146.200 hektarda əkilmiş sahədən 4.99 milyon ton kartof istehsalı gözlənilir.
Bu qədər nəticə 200-ə yaxın təsərrüfatdan əldə olunacaq. Ötən il 4,9 milyon ton kartof istehsal edilmiş, 109,7 milyon dollarlıq 647,7 min ton məhsul ixrac olunmuşdu. Azərbaycan hər il 50 min tondan artıq kartofu bu ölkədən alır və buna 9 milyon dollardan artıq pul xərcləyir.
Rusiya kartof təminatında Azərbaycan üçün ikinci mühüm ölkədir. Ötən il 43 min tondan artıq məhsul almışıq. Bu il Rusiyada rekord həddə istehsal gözlənilir, 2017-2018-ci ildə ölkədə 33,6 milyon ton kartof istehsal olunub ki, bu da ötənilkindən 16% faiz çoxdur.
Gürcüstandan ildə 40 min tondan artıq kartof alırıq, bu ölkədə də istehsal qənaətbəxşdir.
Kartof idxalımızda 16 min tonluq həcmlə dördüncü yerdə dayanan Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2017-2018-ci il üzrə istehsal 5 milyon tondur və ümumi istehlakdan artıq qalacaq 300 min ton ixrac ediləcək. Azərbaycan ötən il qardaş ölkədən aldığı “ikinci çörək” üçün dörd milyon dollardan artıq vəsait ödəyib.
Kartof aldığımız sonrakı ölkələr sırasında Belarus (6 min ton), Ukrayna (2,5 min ton) və Pakistan var. Pakistanda Azərbaycanın kartof təminatında mühüm ölkələrdəndir. İl ərzində bu uzaq ölkədən üç min tona qədər kartof alırıq. Pakistanda mövsüm əlverişli olub, illik istehsal dörd milyon ton təşkil edəcək”.
N.Nəsirlinin sözlərinə görə, ümumilikdə, Azərbaycan öz kartof təminatını yeddi xarici ölkə hesabına təmin edir və göründüyü kimi, yaxın aylarda nə daxili istehsal, nə də xarici bazarlardakı istehsal həcmi ciddi bahalaşmanın olacağına əsas vermir.
Kartof bahalaşmayacaq

Oxşar xəbərlər