Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Danimarka rəsmiləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Quranın yandırılması ilə bağlı son bəyanatına diqqət yetirdiklərini və “üzv ölkələrlə sıx dialoqa hazır olduqlarını” bildiriblər.
Danimarka hökuməti bəyanatı cavabsız qoymayıb və konstruktiv tonda problemi həll etmək niyyətindən danışıb.
Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen “Danimarka Quranın yandırılmasını pisləyib və bu məsələlərə ifadə azadlığı anlayışları çərçivəsində müdaxilə imkanlarını araşdırır” deyib.
Qeyd edək ki, İƏT İsveç və Danimarkada Quranın yandırılması aktlarını qəti şəkildə pisləyən kollektiv bəyanat yayıb.
İƏT-nın Quranla bağlı bəyanatından sonra Danimarkadan geri addım