İsveçdə Quranı yandıranlar deyil, bu çirkin hərəkətə etiraz edənlər cəzalandırılır

İsveçin paytaxtı Stokholmda Stokholm məscidi qarşısında Qurani-Kərimi yandırarkən İraq əsilli Salvan Momikanın sözlərinə yüksək səslə cavab verən Kais Tunisia mülki geyimli polis tərəfindən susdurulmağa çalışılıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Tunis ifadə azadlığı çərçivəsində bunu etmək hüququna malik olduğunu bildirərək polisə reaksiya verib.

Tunisia deyib:

"Momika Quranı təhqir edir. Bizi təhqir edir. Cavab verəndə polis dərhal səsimi qaldırmamaq üçün bizi xəbərdar edir.".

Polisin bu münasibətinin onu təəccübləndirdiyini qeyd edən Tunisia deyib:

Təxribatçını məscidimizin qarşısına gətirdilər və ona meqafon verdilər. Məscidin içindən bizi hədəf alan təhqirlər eşidilir. Biz də insanıq. Biz çölə çıxıb buna reaksiya verəndə polisin reaksiyası ilə qarşılaşırıq. Mən də bunu qınayıram".

Avqustun 18-də Stokholmdakı İran səfirliyi qarşısında Quranı yandıran Momikaya yanğınsöndürən ilə müdaxilə edən 47 yaşlı isveçli Cecilia Saav Aftonbladet qəzetinə danışıb.

Çox sayda İsveç vətəndaşının Quranın yandırılmasına qarşı hərəkətə keçməsi lazım olduğunu deyən Saav bildirib:

"Dünya bizim fanatik və irqçilərlə dolu bir ölkə olduğumuzu düşünür. Ancaq biz bu axmaqların arxasında dayanmırıq".