İsrailin Yəmənə hücumunun vurduğu ziyan açıqlanıb

Yəmən Səhiyyə Nazirliyi İsrailin Hudeydəyə hücumları ilə bağlı yeni məlumatları paylaşıb. Nazirliyin sözçüsü bu hücumlar nəticəsində 5 yəmənlinin şəhid olduğunu, 45 nəfərin yaralandığını açıqlayıb. Bildirilib ki, bu rəqəmlər dəqiq deyil.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim İsrail döyüş təyyarələrinin xüsusilə Ras İsa və Hudeynde limanlarında neft stansiyaları və anbarlara hücum etdiyi bildirilir. Yerli mənbələrdən verilən məlumata görə, Hudeyda limanı on dəfə bombalanıb. Bundan əlavə, Hudeyda elektrik stansiyası da bu hücumlarda hədəfə alınıb.

Yəmən mənbələri hücumlardan əvvəl neft çənlərinin boşaldıldığını və başqa yerlərə köçürüldüyünü bildirib. İsrail ordusunun radiosu bu hücumların iki həftə əvvəl Yəmənin Təl-Əvivi hədəf alması ilə əlaqədar həyata keçirildiyini bildirib. İsrail mediası da bu əməliyyatlarda onlarla döyüş təyyarəsinin iştirak etdiyini vurğulayıb.