İsrail və HƏMAS arasında mövcud olan kövrək atəşkəsin növbəti dəfə pozulması nəticəsində Qəzza zolağının müxtəlif bölgələrində İsrailin həyata keçirdiyi hücumlar zamanı azı üç fələstinli öldürülüb, yeddi nəfər isə yaralanıb.
Bu barədə AlJazeera məlumat yayıb.
Mənbələr agentliyə bildiriblər ki, bazar gününə keçən gecə İsrailin hava və quru hücumlarının hədəf aldığı ərazilər arasında Qəzzanın cənubundakı Rəfah və Xan Yunis şəhərləri, Qəzza şəhərinin cənub-şərqində yerləşən Zeytun məhəlləsi, eləcə də mühasirədə olan anklavın müxtəlif digər məhəllələri yer alıb.
Tibbi mənbələrin verdiyi məlumata görə, hücumlardan biri zamanı İsrailə məxsus kvadrokopter Xan Yunisdə xəstəxanaya aparılan bir fələstinli kişini hədəfə alaraq öldürüb.
Fələstinin rəsmi xəbər agentliyi Wafa isə bildirib ki, Zeytun məhəlləsinin şərqində İsrail hərbçilərinin açdığı atəş nəticəsində iki nəfər həlak olub.
İsrailin Qəzzaya gecə hücumları nəticəsində üç fələstinli öldürülüb