İsrailin “Kanal18” telekanalı bir videosüjet yayaraq böyük təqlid müctəhidi Ayətullah Əl Üzma Seyid Sistaninin də öldürülməsinə çağırış edib.
Videoda HƏMAS, Hizbullah və İrandan bir neçə hədəf alınmaqla yanaşı, Ayətullah Sistaninin də öldürülməsinə təşviq süjetləri yer alıb.
Bundan sonra İraq rəsmiləri buna etiraz edib.
İraq parlamentinin sədri vəzifəsini icra edən Möhsün Əl-Məndalavi bu təxribatı kəskin şəkildə pisləyərək “İraqın ali dini mərcəiyyətinə qarşı bu sionist varlığın bədxahlığını və müsəlman dünyasının alimlərinin, liderlərinin və simvollarının nüfuzunu sarsıtmaq əzmini ortaya qoyan təhqiredici ifadələrdir. Bu akt işğalçı rejim tərəfindən müsəlman icmasının müqəddəs şəxsiyyətlərinə və dini simvollarına qarşı təşkil edilmiş daha böyük cinayətlər və iyrənc planların bir hissəsidir”.
Əl-Məndalavi vurğulayıb ki, İraq parlamenti tarix boyu əsas rolu xalqlar arasında sülh, sevgi və birgə yaşayışı təşviq etmək, cəmiyyətləri ekstremizm, terrorizm və zorakılıqdan azad etmək olan ali mərcəiyyətin (Ayətullah Sistani) statusuna qarşı istənilən təhqiri qəti şəkildə rədd edir.
İraq hökumətinin sözçüsü Bassem Əl-Avadi də məsələyə münasibə bildirib. O qeyd edib ki, İraq hökuməti və xalqı ali dini mərcənin statusuna hər hansı hücumu qəti şəkildə rədd edir.
“Sionist rejim soyqırım müharibəsinə qərq olduqdan, bəşəriyyətə qarşı qalmaqallı cinayətlər törətdikdən və Qəzza və Livanda açıq şəkildə qətl və təcavüzkarlıq etdikdən sonra növbə böyük mərcə məqamına çatdığını görürük. İraq hökuməti bütün İraq xalqının, ərəb və İslam dünyasının və beynəlxalq ictimaiyyətin təqdir və hörmətinə malik olan mərcə statusuna vurulan hər hansı zərəri qəti şəkildə rədd edir və təhlükə barədə xəbərdarlıq edir. Təcavüz dairəsini genişləndirmək və beynəlxalq sülh və təhlükəsizliyi real təhlükəyə məruz qoymaq irqçi intellektual mənşəyə əsaslanan bu cəhdlər və xalqların müqəddəslərinə hörmətsizlik etməyə davam edən addımlar sionist rejimin reallığındır. Onlar bir daha sübut edir ki, böhranlar yaratmaq, təcavüz və müharibələri qızışdırmaqla yaşayan cinayətkar qruplaşmadan başqa bir şey deyillər… ”
Qeyd edək ki, İraqda istər rəsmi dairələr, istər siyasətçilər və ruhani statusunda olan hər kəs öz etirazını bildirirlər.
Xatırladaq ki, Ayətullah Əl Üzma Seyid Sistaninin Livan xalqına hər tərəfli dəstək verilməsilə bağlı fətva kimi çağırışı həmçinin Seyid Nəsrullahın şəhadətilə bağlı bəyanatı İsrailin hiddətinə səbəb olub.
Az.shafaqna.com
İsrail mediasının Ayətullah Sistanini hədəfə almasına İraqdan etirazlar