İraqın "Həşdu-Əşairi" xalq asayiş qüvvələrinin azı iki üzvü İŞİD tərəfindən öldürülüb

İraqın "Həşdu-Əşairi" xalq asayiş qüvvələrinin azı iki üzvü İŞİD terrorçularının döyüş əməliyyatı nəticəsində həlak olub.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə bazar günü Shafaq News portalı təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bazar günü səhər saatlarında silahlı qrup Bağdadın şimalında yerləşən Tərmiyə şəhərində yaşayış binasına hücum edib, bundan sonra onlar naməlum istiqamətə qaçıblar.

Hücum nəticəsində xalq asayiş qüvvələrindən iki nəfər həlak olub, iki nəfər yaralanıb, onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmır.