İran və Rusiya arasında mühüm nüvə görüşü

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov İranın BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi, səfir Möhsin Nəziri ilə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov İranın BMT-nin Vyana ofisindəki daimi nümayəndəsi səfir Möhsin Nəziri ilə görüşdüyünü açıqlayıb.

Ulyanov sosial şəbəkədəki hesabında yazıb

MAQATE-nin Direktorlar Şurasının iclasında İranın nüvə proqramı ilə bağlı məsələnin də yer alacağı gözlənilir.

Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd İslami verdiyi açıqlamada bildirib:

"MAQATE ilə əməkdaşlığımız davam edir. MAQATE bölmələrinin hesabatlarında qeyd olunduğu kimi, İranın nüvə fəaliyyətlərində heç bir sapma yoxdur".