İran Körfəzdə qaçaqmalçılığa cəhd edən 2 gəmini saxlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Körfəz sularında - Əbu Musa adasının cənubunda 4 milyon 500 min litr qaçaq yanacaq daşıyan 2 gəmini ələ keçirdiyini açıqlayıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Əməliyyatda gəminin 13 əcnəbi ekipaj üzvü və daha 21 nəfər saxlanılıb.