İran İslam Əməkdaşlıq Təşkilatının təcili iclasını çağırdı

İran İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn Brahim Tahaya müraciət edərək, təşkilatın təcili iclasının çağırılmasını tələb edib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan müraicət edib. 

Nazir Qəzza zolağında yaranmış ağır vəziyyətlə əlaqədar üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının təcili iclasını çağırıb: "İranın xarici işlər naziri baş katiblə telefon danışığında İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki iclasından dörd ay yarım keçdiyini bildirib və Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının keçirilməsini istəyib. Taha planlaşdırılmamış görüşün çağırılması təklifini alqışlayıb və iştirakçı ölkələrlə məsləhətləşmələrdən sonra onun keçirilməsi üçün tədbirlər görəcəyini vəd edib".