İmran Xan həbs edildi

 Pakistanın devrilmiş baş naziri İmran Xan ona qarşı korrupsiya ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.

İslamabad məhkəməsi İmran Xanı hökumət adlanan hədiyyələrin satışından qazandığı pulları açıqlamamaqda təqsirli bilib. Hakim İmran Xanın dərhal həbsinə qərar verib. İmran Xanın vəkili İntazar Hüseyn keçmiş baş nazirin Lahordakı evindən saxlanıldığını açıqlayıb.

İmran Xanın komandası qərara etiraz edəcəklərini bildiriblər.