“Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaab edam edilib

İsveç-İran ikili vətəndaşlığı olan “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Çaab edam edilib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, onun ölüm hökmü bu səhər icra olunub.

Bildirilir ki, “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın lideri Çaab 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parada hücum da daxil olmaqla, bir sıra terror aktları həyata keçməkdə ittiham olunub. Bu hadisələrdə 450-dən çox İran vətəndaşının öldüyü qeyd olunur.

Xatırladaq ki, İran təhlükəsizlik qüvvələri 2020-ci ildə İsveçdə yaşayan Həbib Çaabı Türkiyədə həbs edərək Tehrana aparıb. Çaab vəkilinin iştirakı ilə keçirilən bir neçə məhkəmə iclasından sonra ölüm hökmünə məhkum edilib. İsveç hökuməti məhkəmənin qərarını pisləyərək ona verilən edam hökmünə kəskin etirazını bildirmişdi.