Noyabrın 17-i Azərbaycanda milli azadlıq hərəkatının başlanmasının 30 illiyidir. 1988-ci il noyabrın 17-də Bakıda, indiki Azadlıq Meydanında ermənilərin Qarabağda başlatdığı separatçılığa qarşı fasiləsiz mitinqlərə start verilib və proses tezliklə milli azadlıq hərəkatına çevrilib. 17 noyabr sonradan ölkədə Milli Dirçəliş Günü olaraq bayram elan edilib. Hazırda bu gün təqvimdə bayram kimi saxlansa da, qeyri-iş günləri sırasından çıxarılaraq əhəmiyyəti aşağı salınıb.
Milli Şura və AXCP hərəkatın 30 illiyini xüsusi tədbirlə qeyd etməyə qərar verib. Bu münasibətlə noyabrın 17-i Bakıda Şəhidlər Xiyabanı ziyarət olunacaq. Tədbir saat 15:00-a elan olunub.
AXCP sədri Əli Kərimli tədbirlə bağlı feysbuk səhifəsində məlumat paylaşaraq, bu tədbirdə kütləvi iştiraka çağırıb. O, xüsusən xalq hərəkatının iştirakçılarına və gənclərə xitab edib:
“Əziz hərəkatçılar, bu ziyarətə hamılıqla gəlin! Bu mübarizəni biz başlatdıq, yarımçıq qoymağa, yarı yolda dayanmağa haqqımız yoxdur! Qarabağımız hələ də işğalda, uğrunda mübarizə apardığımız demokratiya və ədalət isə əsirdir. Başlatdığımız hərəkatın hədəflərinə mütləq yetişməliyik!
Əziz gənclər, siz də hamılıqla gəlin bu ziyarətə! Bu şərəfli mübarizə irsinə sahib çıxın, unutmayın ki, böyük Rəsulzadə üçrəngli mübarizə bayrağımızı məhz sizlərə əmanət edib. Bu ölkənin şəhidi də, mübarizə irsi də, bütövlükdə özü də sizlərə əmanətdir!“
Hərəkatın 30 illiyi Şəhidlər Xiyabanında qeyd olunacaq

Oxşar xəbərlər