Hizbullah İsrail döyüş təyyarəsini raketlə hədəfə alıb

Hizbullah Hərəkatı Livanın hava məkanını pozan sionist İsrail döyüş təyyarəsinə yer-hava raketinin atıldığını və təyyarənin geri qayıtmaq

məcburiyyətində qaldığını bildirib.

 Hizbullah sionist İsrail təyyarəsinə hücumla bağlı açıqlama verib.

Açıqlamada “gecə yarısı Livanın hava məkanını pozan düşmən İsrail döyüş təyyarəsinə yer-hava raketi atıldığı” bildirilib.

Qeyd edilib ki, təyyarə öz missiyasını yerinə yetirmədən geri qayıtmalı olub.  

İyunun 6-da Hizbullah oxşar bəyanatla bir döyüş təyyarəsinin eyni tipli raketlə hədəf alındığını açıqlayıb.