Hindistan hökuməti Kəşmir əhalisinə Aşura mərasimlərini keçirməyə icazə verib

Bu il Hindistan rəhbərliyi uzun illərdən sonra Kəşmirin şiə əhalisinə Aşura mərasimlərini keçirməyə icazə verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Kəşmirin Hindistan nəzarətindəki hissəsində İmam Hüseynin (ə) anılması məqsədilə kütləvi əzadarlıq mərasimləri keçirilib.

Matəm rəmzi olaraq qara geyinən şiə müsəlmanlar Kəşmirinin əsas şəhəri Srinaqarda əzadarlıq şüarları səsləndiriblər.

Xatırladaq ki, 1989-cu ildən bəri Hindistan hökuməti Kəşmirdə şiələrə Məhərrəm məclis və mərasimləri keçirməyi qadağan edib. Bu il 34 ildə ilk dəfə müsəlmanlar rahat şəkildə və Hindistan polisinin təzyiqlərinə məruz qalmadan əzadarlıq mərasimlərini rahat şəkildə küçələrdə keçirə biliblər.

Məlum olduğu kimi, Hindistan hakimiyyəti işğal altında saxladığı Kəşmirdə müsəlmanları hüquq və azadlıqlarını məhdudlaşdırırlar.