Növbəti məhkəmə iclası 24 iyun 2019-cu il tarixində olacaq
Britaniyada hazırda İzahedilməz Sərvət Qanununa uyğun olaraq barəsində polis təhqiqatı aparılan Zamirə Hacıyevanın mülkiyyətində olan ofşor şirkətə ölkənin iki ən mötəbər hüquq firması və “Barclays Bankın” İsveçrə filialının xidmət göstərdiyi bəlli olub.
“The Guardian” nəşri yazır ki, “Mishcon de Reya” firması Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor şirkətə “Barclays Bank”ın ipotekası barədə hüquqi məsləhət verib.
Hazırda Britaniya Milli Cinayət Agentliyi bu şirkətlə bağlı araşdırma aparır.
Zamirə Hacıyevaya aid olan bu şirkət 2009-cu ildə qiyməti 11,5 milyon funt sterlinq olan mənzili alıb. “Guardian” yazır ki, bu mənzilin qiyməti Hacıyevanın və ya onun ərinin qazancından qat-qat çoxdur.
Qəzetin yazdığına görə həm “Barclays Suisse”, həm də “Mishcon de Reya” bu məsələ barədə şərh verə bilməyəcəklərini bildiriblər. Zamirə Hacıyeva noyabrın əvvəllərində Azərbaycan hökumətinin ekstradisiya müraciəti ilə bağlı həbs edilsə də, sonradan məhkəmə qərarı ilə zaminə buraxılıb.
Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşdirilib. “Westminster Magistrates” məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib.
İndi Zamirə Hacıyeva belə bahalı mülki necə və hansı pulla aldığını izah etməlidir. Əks halda mülkiyyət müsadirə olunacaq. Zamirə Hacıyevanın vəkilləri bildirirlər ki, ona qarşı heç bir cinayət ittihamı irəli sürülməyib. Onlar israr edirlər ki, Milli Cinayət Agentliyinin Hacıyeva barəsində araşdırması “cinayət yox, təhqiqat araşdırmasıdır”.
“Guardian” yazır ki, Hacıyeva Londonun dəbdəbəli “Naytsbric” rayonundakı evi (Knightsbridge) Vircin adalarındakı “Vicksburg Global Inc” adlı şirkətin vasitəsilə 11, 5 milyon funt sterlinqə alıb.
Ali Məhkəmə sənədlərindən məlum olur ki, mülkün alınması üçün 8 milyon funt sterlinqə yaxın məbləğdə ipotekanı “Barclays Suisse” rəsmiləşdirib.
Hələlik sözü gedən bank “müştəri sirri” barədə prinsipdən çıxış edərək bu sövdələşmə barədə heç bir şərh vermir. Milli Cinayət Agentliyi isə bildirir ki, bu iş üzrə adı keçən hüquqşünaslar, bankirlər və mühasiblər “peşəkar köməkçilər” qismində risklə üzləşə bilərlər.
''The Guardian'': Zamirə Hacıyeva Azərbaycan hökumətinin müraciəti ilə həbs edilmişdi

Oxşar xəbərlər