Gələn ildən əmək haqqından vergilər belə tutulacaq – Kalkulyator hazırlandı

Vergilər Nazirliyi 2019-cu il üzrə əmək haqqından tutulmaların hesablanması ilə bağlı kalkulyator hazırlayıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, kalkulyator vasitəsi ilə həm dövlət və neft-qaz sektorunda çalışan, həm də neft qaz sektorunda fəaliyyəti olan özəl təşkilatlarda işləyən şəxslərin əmək haqqısı üzrə hesablamalar aparmaq olar.

Bundan əlavə, hesablanmış əmək haqqından (GROSS) xalis əmək haqqınna (NETT) və ya xalis əmək haqqından (NETT) hesablanmış əmək haqqına (GROSS) hesablamalara baxmaq mümkündür.

Yeni kalkulyatorumuzla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://www.taxes.gov.az/modul.php?name=pages&page=salaryCalcProject