İyulun 1-dən Vergilər Nazirliyində yeni struktur fəaliyyət göstərir. Struktur dəyişikliklərinin məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir, deyə qurumun Media və Kommunikasiya Mərkəzinin məlumatında bildirilir.
Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, bəzi departamentlər (hüquqi, insan resursları, daxili təhlükəsizlik) saxlanılır. Köhnə strukturların əsasında bir neçə yeni departament yaradılıb, onların funksional fəaliyyəti və səlahiyyətlərində dəyişikliklər edilib. Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik) yaradılıb. Bu struktur inzibati şikayətləri araşdıracaq və vergi öhdəliklərinin yerinə yetirilməsinin icrası zamanı cavabdeh qurumların fəaliyyətinə kənar nəzarəti həyata keçirəcək.
Turan
Vergilər Nazirliyində yeni struktur yaradılıb

Oxşar xəbərlər