Filippində 7.5 bal gücündə zəlzələ baş verib, tsunami gözlənilir

Şənbə günü Filippinin cənubunda Mindanaoda ən azı 7.5 bal gücündə zəlzələ baş verib. Nəticədə, bir metr və ya daha yüksək tsunami dalğaları ilə bağlı xəbərdarlıq səbəbilə orada və Yaponiyanın cənub-qərb sahilində bəzi ərazilər üçün evakuasiya göstərişi verilib.

Filippin Seysmologiya Agentliyi Phivolcs bildirib ki, dalğalar gecə yarısı Filippinə çata və saatlarla davam edə bilər.

ABŞ-ın Tsunami Xəbərdarlıq Sistemi bildirib ki, Filippinin bəzi sahilləri boyunca qabarma və çəkilmə səviyyəsindən 1 metrə qədər yüksək dalğalar ola bilər.

“Bu dövrd artıq dənizdə olan gəmilər əlavə tövsiyəyə qədər dənizdə dərin sularda qalmalıdır,” Phivols bildirib və Surigao Del Sur və Davao Oriental vialyətlərinin sahilləri yaxınlığında yaşayanları “dərhal evakuasiya etməyə” və ya “sahildən uzaqlaşmağa” çağırıb.

Yaponiyanın NHK yayımçısı bildirib ki, bazar günü yerli vaxtla səhər saat 1:30-da Yaponiyanın cənub-qərb sahilini 1 metr yüksəkliyində dalğanın vuracağı gözlənilir.

Phivolcs afterşokun olacağı barədə xəbərdarlıq edib.

Zəlzələnin episentrinə yaxın sahilyanı Hinataun şəhərinin yerli polis idarəsinin rəisi Raymark Gentallan deyib ki, zəlzələ baş verəndən bəri elektrik kəsilib, ancaq fövqəladə hallar komandaları hələ ki, itki və ya ziyanın olmadığını bildirib.

Sakit okeanda dövr edən və seysmik fəaliyyətə meylli vulkanlar qurşağı olan Atəş Halqasının üzərinə yerləşən Filippində zəlzələlər tez-tez baş verir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz 63 kilometr dərinlikdə 7.5 bal gücündə zəlzələnin olduğunu deyib.