Daha bir inanclıya narkotik ittihamı ilə cinayət işi açılıb

 Mayın 10-da saxlanılan Şəmkir rayon Dəllər qəsəbə sakini, inanclı fəal Edqar Mahir oğlu Osmanov narkotik ittihamı ilə məhkəmə önünə çıxarılıb. İnanclı mayın 12-i Şəmkir rayon məhkəməsinin qərarı ilə barəsində narkotik ittihamı ilə (243.4.3 - satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) həbsqəti imkan tədbiri seçilib.

Edqar Qasımov 2020-ci ildə sabiq icra başçısı Alimpaşa Məmmədovun hədəfində olur. Belə ki, hal-hazırda həbsdə olan başçı Dəllər məscidinin tikilməkdə olan binasının sökülməsinə əmr verir. O, bunu güya şəhid ailələrinə yaşayış evlərinin tikilməsi bəhanəsi ilə edir. Buna etiraz edən kənd sakinlərinin haqlı çağırışları bir il sonra Dovlət Təhlükəsizlik Xidməti tərəfindən bir neçə maddə ilə təqsirkar bilinən sabiq icra başçısını saxlamır. Bütün bunları gizlincə lentə alan Edqarın hadisəni işıqlandırması Alimpaşa Məmmədovu daha da qəzəbləndirir. O, Edqarın həbs olunmasına göstəriş verir. Gəncin saxlanılması isə hadisəni daha da alovlandırır. Buna görə də sabiq icra başçısı bu fikrindən yayınır və Edrqarın inzibatı cəza alması ilə kifayətlənir.

Şübhəsiz belə bir düşüncə, inanc sahibinin narkotik ittihamı quramadır. Bu hər kəsə bəlli olan son dövrlər genişlənən inanclılara qarşı təmizləmə siyasətindən başqa bir şey deyil.