Ədliyyə Nazirliyi REAL Partiyasının təqdim etdiyi 5 min 118 nəfərlik siyahıdan 986 nəfəri partiya üzvü kimi tanımayıb. Bu haqda "Turan"a partiyanın sədri İlqar Məmmədov bildirilib. Onun sözlərinə görə, iyulun 17-də Ədliyyə Nazirliyindən verilən cavabda reyestrdə adları göstərilən üzvlərlə əlaqə saxlanıldığı, onlardan 986 nəfərin partiyaya üzv olmadıqlarını dedikləri qeyd olunur: "Yazılıb ki, daha 1 min 58 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2 min 527 nəfər barədə məlumatlar – adı, soyadı, doğum tarixi Əhalinin Dövlət Reyestrində tapılmadı".
"Ya 4 min 500 nəfərin məlumatlarını "düzəltməli"..."
Cavabda həmçinin göstərilir ki, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb: "Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı "keçərli" oldu. Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4 min 500-dən artıq nəfərin məlumatlarını "düzəltməli", ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq".
İ.Məmmədovun sözlərinə görə, Azərbaycan hakim partiyası (YAP) özünün ənənəvi, 30 ilin müxalifəti ilə rəqabət aparmaq istəyir, yeni siyasi qüvvələrlə rəqabət aparmaq istəmir.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
YAP üzvləri isə hesab edirlər ki, siyasi nüfuza malik partiyaların 5 min üzv toplaması çətin olmamalıdır.
İyunun 12-də Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsi üzvlərinin reyestrini təsdiq edərək onu Ədliyyə Nazirliyinə göndərib.
Yeni qanunun tələbləri
Prezident İlham Əliyev bir neçə ay əvvəl "Siyasi partiyalar haqqında" yeni qanunu imzalayıb. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub.
Qanunda deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5 min nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4 min 500-dən aşağı olarsa, həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılır.
Cəmi 463 nəfər REAL üzvü sayılıb