10 November 2026

Dəməşqdən Yəmənə terrorçuların göndərilməsi iddialarına ilk reaksiya

Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani, Səudiyyə Ərəbistanını dəstəkləmək üçün Suriyadan Yəmənə terrorçu elementlərin göndəriləcəyi ilə bağlı məlumatlarla bağlı açıqlama verib.

Şeybani İordaniyalı həmkarı ilə birgə mətbuat konfransında Suriya prezidenti Əhməd əl-Şaranın (Əbu Məhəmməd əl-Colani) administrasiyasının Yəmənə qoşun göndərməyəcəyini və yaxın gələcəkdə belə bir təşəbbüsün planlaşdırılmadığını bildirib.

Ayətullah Vəhid Xorasani xəstəxanadan evə buraxıldı

Böyük təqlid müctəhidi Ayətullah Vahid Xorasani həkim nəzarətindən sonra xəstəxanadan buraxılaraq evinə qayıdıb. Bu barədə onun dəftərxanasının yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim

Allahummə səlli əla Fatimətə və əbiha və bə’liha və bəniha vəs-sirril-mustəvdə’i fiha bi’ədədi ma əhatə bihi ilmuk

KİV: Razılaşma əldə olunarsa, ABŞ İranın 9 milyard dollar həcmində dondurulmuş aktivlərini azad edə bilər

ABŞ və İran arasında aparılan diplomatik təmaslar çərçivəsində Tehranın dondurulmuş aktivlərinin azad edilməsi, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və beynəlxalq nüvə müfəttişlərinin ölkəyə qayıtması məsələləri müzakirə olunur.

Bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

İstanbulda növbəti dəfə Azərbaycandakı hicab qadağasına etiraz aksiyası keçirilib

İslam Həmrəyliyi Platforması noyabrın 8-də Saraçhanedə Azərbaycanın təhsil müəssisələrində tətbiq edilən hicab qadağasına etiraz olaraq etiraz aksiyası keçirib.

Çıxış edənlər qadağanın fundamental hüquq və azadlıqları pozduğunu vurğulayıb və Azərbaycan hökumətini bu təcrübədən imtina etməyə çağırıblar. Onlar hicab qadağasının din və vicdan azadlığına zidd olduğunu bildiriblər və Azərbaycan hökumətini qadağanı ləğv etməyə çağırıblar.