09 November 2026

Bəhreyn xalqı həbs edilən din xadimlərinə cəza verilməsini qanunsuz hesab edirlər

Bəhreyndəki Əl-Xəlifə rejimi 60 şiə din aliminin də daxil olduğu 69 nəfərin məhkəməsində hökmünü elan etməyə hazırlaşır.

Hökumət din alimlərini İranı təbliğ etməkdə, ölkənin təhlükəsizliyini təhdid etməkdə və konstitusiya quruluşunu devirməyə yönəlmiş fəaliyyətlərdə ittiham edir.

Moldova Rusiyadan qaz alışını dayandırıb

Moldova Rusiyadan təbii qaz tədarükünü tamamilə dayandırdığını açıqlayıb.

Bu barədə Moldova Prezidenti Maya Sandu “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, hazırda ölkəsi Rusiyadan heç bir həcmdə təbii qaz almır. O, həmçinin Rumıniya ilə enerji əlaqələrinin genişləndirilməsi məqsədilə daha iki elektrik ötürücü xəttinin istifadəyə verilməsinin planlaşdırıldığını qeyd edib.

"Barselona" səfərdə "Atletiko"nu məğlub etdi

İspaniya La Liqasının XII turunda "Atletiko" və "Barselona" komandaları arasında keçirilən oyun başa çatıb.

Madriddəki "Civitas Metropolitano" stadionunda baş tutan qarşılaşmada qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Hesabı matçın 10-cu dəqiqəsində "Atletiko"nun hücumçusu Culiano Simeone açıb. Qonaqların yarımmüdafiəçisi Fermin Lopes 45-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın 66-cı dəqiqəsində Lopes dubla imza ataraq, hesabı 2:1 edib.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır.

Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endirib və nəticədə dağıntılar baş verib.

Hədəfə alınan logistik anbarın istifadədə olmadığı qeyd olunub.

İran Xarici İşlər Nazirliyi: 14 iranlının “arzuolunmaz şəxs” elan edilməsinə görə Azərbaycanın səfirinə etiraz bildirmişik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi noyabrın 9-da Tehranda mətbuat konfransında deyib ki, Azərbaycanın Tehrandakı səfiri nazirliyə dəvət olunub və 14 İran vətəndaşının “arzuolunmaz şəxs” elan edilməsinə etiraz ona çatdırılıb. “Bundan sonra da zəruri hesab etdiyimiz addımları atacağıq və bu barədə məlumat verəcəyik”, - deyə o bildirib.

İraq Kürdüstanında qaz yatağına dron hücumu: Hasilat dayandırıldı

İraq Kürdüstanındakı Xor Mor qaz yatağına dron hücumundan sonra orada qaz hasilatı dayandırılıb.

Dron maye qaz saxlama çəninə dəyib və yanğına səbəb olub.

İraqın Baş naziri Əli əl-Zeydi bildirib ki, ilkin hesablamalara görə, hücumda insan itkisi qeydə alınmayıb. Yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıb.

Reper Maklmorun "Azad Fələstin Turu" ABŞ-ın 9 böyük konsert məkanı tərəfindən rədd edilib

Fələstini dəstəkləyən açıqlamalarına görə Ed Şiranın turundan kənarlaşdırılan ABŞ reperi Maklmor, gəlirini Fələstini dəstəkləyən təşkilatlara bağışlayacağı "Azad Fələstin Turu"nun ABŞ-ın 9 böyük konsert məkanı tərəfindən rədd edildiyini açıqlayıb.

Bu açıqlamanı sosial media platforması İnstaqramda verən Maklmor, ABŞ məkanları tərəfindən "Azad Fələstin Turu"nun rədd edilməsi ilə bağlı təfərrüatları paylaşıb.

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.

İranın xarici işlər naziri Ağ Evə: Hörmüzü iki günə açmaq təklifimiz qüvvədədir, ya da müharibəni seçin

İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 8-də “X” sosial şəbəkəsində yazıb ki, Tehranın ABŞ-yə Hörmüz boğazının açılması ilə bağlı irəli sürdüyü iki günlük təklif qüvvədədir. Nazir bu sözləri Prezident Donald Trampın Respublikaçılar Partiyasının ABŞ-də aralıq seçkilərində məğlubiyyətindən sonra yazıb.

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

ABŞ ilə İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb və tərəflər razılaşmaya yaxın deyillər.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.